Elektron imzası olmayanlar ilə əmək müqaviləsi bağlanmayacaq.
Xezerxeber.az xəbər verir ki, əmək müqavilələrinin elektronlaşdırılması ilə bağlı işçilərin elektron, asan və ya rəqəmsal imzası olmaldır.
12 avqustda qüvvəyə minən yeni qanuna əsasən, əmək müqavilələri artıq kağız üzərində deyil, elektron sənəd formasında bağlanacaq. Bunun üçün isə vətəndaş tələb olunan üç imza növündən birinə sahib olmalıdır.
Dövlət əmək müfəttişli xidmətinin şöbə müdiri Aynur Tağıyeva bildirib ki, elektrom sistemə keçmək üçün vətəndaş məcburi qaydada sima rəqəmsal imza, asan imza və ya elektorn imzadan istifadə etməlidir.
Qurumdan o da bildirilib ki, elektron imza sahibi olmayan işçi ilə yeni əmək müqaviləsi bağlana bilməz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.