Bakı şəhəri, Xətai rayonunun N.Tusi küçəsində yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı mağaza yanaraq külə dönüb.
İçərisindəki əşyalarla birgə yanan obyekt meyvə-tərəvəz və gül mağazası kimi fəaliyyət göstərirdi.
Obyektin sahibi Bəsti Hüseynova deyir ki, illərdir, evinin yaxınlığında bu ticarət obyetini işlədib.
Doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı yaxınlıqdakı ev alovlardan mühafizə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.