Ötən ay Azərbaycanda geyimə 632 milyon manatdan çox vəsait xərclənib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-iyul aylarında isə ölkədə pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 133 milyon manatdan artıq vəsait xərclənib.
Bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9 % çoxdur.
Ekspert Xalid Kərimli deyir ki, ölkəmizdə geyim məhsullarının istehsal həcmindəki dəyişiklik də diqqət çəkir. Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 247,8 milyon manat dəyərində məhsul hazırlanıb.
Xatırladaq ki, cari ilin yanvar-iyul ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12. 8 %-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.