Göyçayda gənclərin mübahisəsi qanla bitib.
Xezerxeber.az-ın məlumatına görə, ötən gecə saat 4 radələrində Göyçay rayonu ərazisində 26 yaşlı Hüseyn Feyzullayev öldürülüb.
Araşdırmalarla 17 yaşlı yeniyetmə Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törədən yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.