Azərbaycanda minə yaxın insan donor gözləyir.
Xezerxeber.az-ın məlumatına görə, hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Bəs ölkədə bu sahədə vəziyyət necədir?
Orqan donorluğu və transplantasiyası üzrə kordinasiya mərkəzinin idarə heyətinin sədr müavini Azər Dəmirovun sözlərinə görə, Azərbaycanda meyit donorundan istifadə üçün müəyyən tələblər var.
Dünya təcrübəsində donor bankı vəfat edən insanların orqanları hesabına təmin edilir.
Azər Dəmirov isə deyir ki, Azərbaycada bir çox hallarda meyid donorundan istifadə edilmək istənilsə də, qohum razılığı olmadığına görə mümkün olmur.
Qeyd edək ki 2023-cü ildə ölkəmizdə 269 orqan transplantasiyası əməliyyat icra olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.