Quba-Xınalıq yolunun 42-ci kilometrliyində güclü seldən sonra dağılan körpü hələ də bərpa edilməyib.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər selin yararsız hala saldığı körpüdən 25 gündür ki, istifadə edə bilmirlər.
6 kəndin sakinləri və bu istiqamətə gedən turistlər yaranmış vəziyyətdən çox əziyyət çəkirlər. Sürücülərə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu isə uzaqdır. Buna görə də sürücülər o yolla gediş-gəlişə üstünlük vermirlər.
Quba 5 saylı Yol İstismarı İdarəsinin mühəndisi Rövşən Babayev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, körpünün təmiri çətinlik törətdiyinə görə yenidən tikilməsi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda bu istiqamətdə alternativ yoldan istifadə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.