Xəzər Xəbər

Sel Gədəbəydə körpünü dağıdıb, sakinlər üçün çətinlik yaranıb VİDEO

Veb TV | 21:20 • 13 Avqust 2024
Sel Gədəbəydə körpünü dağıdıb, sakinlər üçün çətinlik yaranıb

Gədəbəy rayonunun Şahdağ kəndində sel zamanı çayın məcrası genişlənib. Sakinlərin istifadə etdikləri yol və körpü isə dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, təxminən iki minə yaxın sakini olan bu kəndin sakinləri ətraf ərazilərlə bu taxta körpü ilə əlaqədə olublar. Sakinlər iddia edirlər ki, güclü seldən sonra çay öz məcrasını dəyişib. Nəticədə körpünü sel dağıdıb. Bu səbəbdən də kəndin bir tərəfindən digər tərəfinə, eləcə də ətraf ərazilərə avtomobil və piyada yolu kəsilib.

Kənd sakinləri çayın əvvəlki məcrasına qaytarılması və körpünün inşası ilə bağlı aidiyyəti üzrə müraciət etsələr də, nəticə əldə edə bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı Şahdağ kənd icra nümayəndəsi Habil Qasımov bildirdi ki, mövcud vəziyyətlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyəti və aidiyyəti qrumların birgə səyi nəticəsində qısa müddət ərzində çayın məcrası əvvəlki yerinə qaytarılıb, körpü isə yenisi ilə əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti