Bakının Xətai rayonu, Ələddin Quliyev küçəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, iş icraçıları onlara həyətdə ikimərtəbəli layihə gerçəkləşdiriləcəyini desələr də, gece ilə 4 mərtəbə tikiblər. Həmçinin yeni tikinti səbəbindən yaşayış binasının arxa girişi bağlanır.
Vətəndaşlar deyirlər ki, əvvəlcə yeni tikilinin yerində 1 mərtəbədən ibarət köhnə tikili olub.
Ərazidə çalışanlardan öyrəndik ki, tikinti işləri artıq yekunlaşır və növbəti dərs ilinə burada "Kaspi" liseyinin yeni binası istifadəyə veriləcək. Binanın layihəsinin aidiyyəti qurumlar tərəfindən təsdiq olunduğunu deyən iş icraçıları bizə heç bir sənəd təqdim etmədilər.
Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb və layihə icraçılarına tikintinin dayandırılması üçün xəbərdarlıq edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.