FHN təhlükəsizlik tələblərinə cavab verməyən avtokranın istismarını dayandırıb.
FHN-nin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı avtokranın yük qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun quraşdırılmadığı müəyyənləşdirilib.
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.