Azərbaycanda qızıl bazarında durğunluq yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, bazarda ayrı-ayrı ölkələrdən gətirilən müxtəlif çeşidli məhsul mövcuddur. Amma bazarda alıcı qıtlığı yaşanır.
Satıcılar bazarda çeşidin çox olduğunu desələr də, qiymətin o qədər də ucuz olmadığını dilə gətirilir.
Satıcılar onu da bildirirlər ki, qızıl və brilyant dəstlərə tələb əvvəlki kimi çox deyil. Bazarda Türkiyə istehsalı olan qızılın satışı üstünlük təşkil edir. Amma alıcılar arasında yanaşma fərqlidir.
Ekspertlərin fikrincə isə, yay aylarında bu qiymətli metala tələbat azalır. Ölkəmizə Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən, İtaliyadan, Çindən də qızıl-zinət əşyaları gətirilir. Qızıl bazarı başqa bazarlardan fərqli olaraq, bu məhsulun qiyməti birjaya uyğun tənzimlənir.
Son zamanlar birjada qızılın qiyməti stabildir. Bu səbəbdən qızıl məmulatlarının qiymətində ucuzlaşma və bahalaşma yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.