Bakıda 8 Noyabr prospektinin bəzi hissəsində hərəkət tam məhdudlaşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, məhdudlaşdırma Zığ dairəsindən üzü şəhər istiqamətində sabah səhər saatlarından başlayacaq.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.
Uzunluğu 10 km. olan 8 Noyabr prospekti uzun müddət idi ki, əsaslı təmir olunmadan istismar edilirdi. Yeni layihəyə əsasən, burada velosiped zolaqlarının inşası da aparılır. Piyadaların rahat hərəkəti üçün şərait yaradılır.
Bundan başqa, prospekt boyu işıq səviyyəsinin yaxşılaşdırılması üçün işlər aparılır. Hazırda asfaltlanma işləri Sadıqcan Küçəsi ilə Zığ dairəsi istiqamətində aparılır.
Bu arada, aparılan təmir işləri ilə əlaqədər olaraq Nərimanov rayonu ərazisində bu gündən etibarən Əhməd Bəy Ağaoğlu küçəsində hərəkət məhdudlaşdırılıb.
Qeyd edək ki, məhdudiyyət avqustun 5-i səhər saatlarına qədər davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.