Balıq ovuna getmişdi... Ancaq qayığı sahilə yan alsa da, özü içərisində olmayıb...
Xezerxeber.az xəbər verir ki, Bakının Xətai rayonu, Zığ qəsəbəsində rezin qayığı ilə dünən səhər tezdən Xəzər dənizinə balıq ovlamağa çıxan Beyləqan sakini İskəndər Hüseynov geri qayıtmayıb. Onun oğlu iddia edir ki, dalğalar atasının qayığını sahilə doğru gətirən zaman içərisi boş olub.
Oğlu Yusif Yusifli iddia edir ki, xilasedicilərə dünəndən məlumat versə də, axtarışlar bu gün saat 10:30-da başlayıb.
Çəkiliş apardığımız zaman bir dalğıc-axtarış qrupu batdığı bildirilən şəxsin axtarışlarını aparırdı.
Fövlqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Akşin Əlili xilasedicilərin gecikməsi iddialarına cavab verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.