Qurumuş ağaclar 1 ildən çoxdur ki, kəsilmir. Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir.
Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsi 94 ünvanından gedir. Burada ağaclar budanmadığı üçün evlərin pəncərələrinə qədər uzanır. Qurumuş ağaclar da kəsilmir. Bu da ətrafa xırda hörümçəklərin və böcəklərin yayılmasına səbəb olur.
Ərazidə yaşayan sakinlər həm də əyilmiş budaqların qırılaraq elektrik xətlərini zədələyəcəyindən qorxurlar.
Məsələni araşdıranda məlum oldu ki, ərazi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi bundan ibarətdir ki, sözügedən ağaclar kəsilməməlidir. Onlara aqrotexniki qulluq göstərilməli, budama həyata keçirilməlidir.
'Bəs budama işləri niyə həyata keçirilmir?" - sualına Yaşıllaşdırma Təsərrüfatı Birliyindən cavab verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.