Xəzər Xəbər

Bakıda elekrik cərəyanı 18 yaşlı gənci necə vurub? – Hadisə şahidləri DANIŞIR VİDEO

Veb TV | 21:10 • 30 İyul 2024
Bakıda elekrik cərəyanı 18 yaşlı gənci necə vurub? – Hadisə şahidləri DANIŞIR

Bakıda 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

TƏBİB-dən bildirildi ki, saat 20:45 radələrində təcili tibbi yardım bölməsinə cərəyanvurma səbəbilə 18 yaşlı şəxs gətirilib. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Çəkiliş apardığımız zaman 245 saylı tam orta məktəbdən bildirildi ki, hadisə təhsil müəssisəsi daxilində olmayıb, bu səbəbdən də bununla bağlı açıqlama verə bilməyəcəklər.

Məsələ ilə bağlı Azərişıqdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidəki elektrik dirəklərinə nəzarət sözügedən onların yox, Küçə İşıqları İdarəsinin səlahiyyətindədir.

Sözügedən qurumdan isə bildirdilər ki, işıq dirəkləri Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin nəzarətindədir. Həmin təşklatla da əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti