Xəzər Xəbər

Xızıda baş verən bədbəxt hadisə başına bit düşən uşaqlara hansı dərmanın vurulmasını GÜNDƏMƏ GƏTİRİB VİDEO

Veb TV | 21:45 • 28 İyul 2024
Xızıda baş verən bədbəxt hadisə başına bit düşən uşaqlara hansı dərmanın vurulmasını GÜNDƏMƏ GƏTİRİB

Xızıda azyaşlının yanlış dərmandan istifadə edilməsi səbəbindən öldüyü iddia edilib... Belə ki, azyaşlının başına mal-qara üçün nəzərdə tutulan "Neastol" dərmanı tökülüb...

Bəs bu halla üzləşən valideynlər nə etməlidir?

Həkim Rasif Bağırov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, sözügedən dərman gənə və parazitlərə qarşı istifadə edilən mayedir və ümumiyyətlə, heyvanlar üçün nəzərdə tutulan dərmanları insanlarda istifadə etmək olmaz.

Həkim onu da bildirdi ki, son zamanlar insanlar həkimə getmədən, araşdırma belə etmədən dərmanlardan özbaşına istifadə edirlər və bu da ağır nəticələr verir.

Həkimlər qeyd edir ki, xüsusən yay aylarında gigiyenik  qaydalara daha çox əməl edilməlidir. Bununla yanaşı bitlərə daha çox qız uşaqlarında rast gəlinir.

Xezerxeber.az videomaterialı təqdim edir.

Xəbər lenti