Xəzər Xəbər

Qaradağda dayanacaq PROBLEMİ – Sakinlər kilometrlərlə yol gedirlər VİDEO

Veb TV | 21:20 • 26 İyul 2024
Qaradağda dayanacaq PROBLEMİ – Sakinlər kilometrlərlə  yol gedirlər

Qaradağ rayonu Salyan şosesinin 22 kilometrliyində avtobus dayancağı yoxdur.

Xezerxeber.az xəbər verir ki, ərazidəki zavodlarda işləyən insanlar üzü şəhər istiqamətində hərəkət edən avtobuslara minmək üçün  kilometrlərlə yol getməlidir.

Çünki onların istifadə etdiyi dayanacaq xeyli uzaqdadır. Bu isə yayın istisində, qışın soyuğunda onların işini çətinə salır.

Sözügedən ərazidə dayanacaq olmadığından piyada keçidi də yoxdur. Bu isə yüksək sürətli magistral yolda piyadaların  həyatına ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, yolun əks istiqamətində dayanacaq məntəqəsinin yaradılması üçün yolda piyada keçidi olmalıdır.  Sürətli yolda nizamlanmayan piyada keçidinin təşkili isə hərəkət iştirakçıları üçün təhlükəlidir. Buna görə də ərazidə müxtəlif səviyyəli, yəni yeraltı və ya yerüstü keçidin təşkili üçün aidiyyəti quruma müraciət olunmalıdır. Bundan sonra yolun əks istiqamətində dayanacaq məntəqəsinin yaradılması məsələsinə baxıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti