Xəzər Xəbər

Ceyhun Bayramov və Əhməd Moallim Fiqi Əhmədin birgə mətbuat konfransında önəmli AÇIQLAMALAR VİDEO

Veb TV | 22:00 • 26 İyul 2024
Ceyhun Bayramov və Əhməd Moallim Fiqi Əhmədin birgə mətbuat konfransında önəmli AÇIQLAMALAR

Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə bu gün birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Somali həm 44 günlük müharibə dövründə, həm də ondan sonra Azərbaycanın hər zaman ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd isə bu il ölkəmizdə COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Həmçinin, Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov əməkdaşlığın inkişafının prioritetlərimizdən birini təşkil etdiyini, bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası ilə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu da bildirib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti