Xəzər Xəbər

Quba-Xudat istiqamətində hərəkət məhdudlaşdı – Selin fəsadları VİDEO

Veb TV | 20:50 • 26 İyul 2024
Quba-Xudat istiqamətində hərəkət məhdudlaşdı – Selin fəsadları

Güclü sel nəticəsində Qusarçayın Qubadan keçən hissəsində alternativ yol ötürücüsü dağılıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Bakı-Quba-Rusiya federasiyası avtomobil yolunun 182-ci kilometrliyindən gedir. Yeni Güləzi kəndinin yaxınlığında, Qusarçayın üzərindəki alternativ yol güclü selin təsirindən yararsız vəziyyətə düşüb.

Yolun bağlanması sürücülərin işini bir qədər çətinləşdirib.

Onların sözlərinə görə, digər alternativ yollar həm vaxt, həm də məsafə baxımından uzaqdır.

Yaranmış çətinliyi aradan qaldırmaq üçün əraziyə baxış keçirilib və hazırda hava şəraiti ilə əlaqədar tikinti işləri dayandırılıb.

Yolun bərpası çayda suyun səviyyəsindən asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti