Xəzər Xəbər

Azərbaycanda qatarla səyahət daha da ASANLAŞIR VİDEO

Veb TV | 20:45 • 26 İyul 2024
Azərbaycanda qatarla səyahət daha da ASANLAŞIR

Ölkədaxili sərnişin qatarlarına minik qaydaları sadələşdirilib.

Belə ki, Sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkün olacaq.

Bu barədə “Xəzər Xəbər”ə Azərbaycan Dəmir Yollarından məlumat verilib:

Özü də bu üsul kifayət qədər sadə və asandır.

Qurumdan bildirilib ki, sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir.

Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirməsinə imkan verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti