Xəzər Xəbər

Bakıdakı bu işıqfor tıxaca səbəb olur? VİDEO

Veb TV | 21:15 • 25 İyul 2024
Bakıdakı bu işıqfor tıxaca səbəb olur?

Bakıda təmirlə əlaqədar kəsişmədəki bəzi yollarda hərəkət məhdudlaşdırılsa da, işıqforun rejimi dəyişdirilməyib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yusif Səfərov küçəsindəki, Mərkəzi Neftçilər Xəstəxanasının yanındakı işıqfordan gedir.

Bir müddət əvvəl Cavanşir körpüsünün təmirə bağlanması səbəbilə sözügedən bu yolda sadəcə bir istiqamət üzrə hərəkət olsa da, işıqfor əvvəlki rejimdə çalışır.

Sürücülər iddia edirlər ki, buradakı işıqfor körpünün təmirə bağlanmasından sonra ərazidə tıxaca səbəb olur.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, Yusif Səfərov küçəsinin 28 May və Mehdi Mehdizadə küçələri ilə kəsişməsində olan işıqforlar hazırda işlək vəziyyətdədir. Onların qeyri-işlək vəziyyətə gətirilməsi, 28 May küçəsi istiqamətində daim yaşıl işığın yanması Mehdi Mehdizadə küçəsindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücülər üçün xaotik vəziyyət və qəza şəraiti yaradar. Çünki həmin işıqforlar bir-biri ilə əlaqəli şəkildə çalışır və yalnız birinin işləməsi texniki cəhətdən mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti