Parlament seçkiləri ilə bağlı müraciət edənlərdən 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Bunu Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov "Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən müşavirədə deyib. Bildirib ki, bu gündən etibarən növbəti ümumrespublika miqyaslı tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.
Məzahir Pənahov həmçinin vurğulayıb ki, beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi də önəmlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.