Ev şəraitində qida məhsullarının saxlanma qaydasına düzgün şəkildə əməl olunmalıdır...
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlq edib. Bildirilib ki, qida zəhərlənməsinin ən çox yayılmış səbəblərindən biri mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı nəticəsində baş verir.
Mütəxəssislərin sözlərinə görə, hazır yeməkləri soyuducudan kənarda iki saatdan artıq saxlamaq tövsiyə olunmur. Eyni zamanda, temperatur və rütubət nəzərə alınmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.