Bakı-Quba-Rusiya sərhədi yolunun 182-ci km-də, Quba rayonunun ərazisində yerləşən Qusar çayın üzərindəki körpü müvəqqəti bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol açılıb.
Sürücülər bu yoldan qorxa-qorxa keçsələr də bu dəfə alternativ yol açıldığına görə seviniblər.
Avtomobil Yolları Dövlə t Agentliyinin Quba "5 Saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Rövşən Babayevin sözlərinə görə, Qusar çayın üzərindəki körpü uzun müddətdir təmir olunmayıb.
Hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün körpünün 2 aşırımı əsaslı bərpa ediləcək. Bərpa işləri iki ay müddətinə aparılacaq. Körpünün açılışı sentyabrın 15-i nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.