Elə ikili ixtisaslar var ki, tələbələr həmin ixtisaslarda bakalavr üzrə 4 il deyil, 5 ilə yaxın təhsil alırlar. Riyaziyyat-informatika, tarix-coğrafiya və kimya-biologiya müəllimliyi kimi…
Ancaq müəllimlərin işə qə bulu imtahanında həmin şəxslər yalnız bir fənn üzrə imtahan verib çalışa bilirlər. Bu da bəzən tələbənin 1 ilinin itirilməsi kimi dəyərləndirilir.
Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Kamran Əsədov isə bildirir ki, həmin şəxslər istər müəəlimlərin işə qəbul imtahanında, istərsə də sertifikasiyada hər il növbəli şəkildə imtahandan iştirak edə bilərlər.
Kamran Əsədov onu da bildirdi ki, ikili ixtisas tələbə üçün əlverişlidir.
Ekspertin sözlərinə görə, ikili diplom verən ixtisaslar ötən əsrin 90-cı illərində ümumtəhsil müəssiələrində ciddi şəkildə müəllimlərə ehtiyyacdan yaranmış hal idi. Gələcəkdə bu cür ixtisasların aradan qaldırılması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.