Şəmkirdə gənc cütlüyün mübahisəsi qanla nəticələnib.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Hərbi Şəhərciyində, onların 3 aydır kirayədə yaşadıqları bina 9 mənzil 17-də qeydə alınıb.
İki ildir ailəli olan Yusif Məhərrəmov və Laləzər Əhmədova arasında mübahisə yaranıb. Məlumata görə, mübahisə qısqanclıq zəminində baş verib. Nəticədə 25 yaşlı ər 18 yaşlı xanımına çoxsaylı bıçaq xəsarətləri yetirib.
33 bıçaq xəsarəti alan gənc qadın ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
25 yaşlı Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.