Xəzər Xəbər

Bu kəndə gələnlərdən su istənilə bilər VİDEO

Veb TV | 19:52 • 21 İyul 2024
Bu kəndə gələnlərdən su istənilə bilər

İsmayıllı rayonu, Soltankənd kəndində su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, kənddə suyun olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Mövcud vəziyyət səbəbindən insanlar yağış suyundan istifadə  edirlər. Hətta sakinlər bəzən bu kəndə gələn qonaqlardan su istəyirlər.

Sakinlər iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır.  

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən müəlumata görə, Soltankənd və digər kəndlərə çəkilən yeni su xətləri və yeni tikilən anbarlar sınaq mərhələsindədir. Sınaq mərhələsi bitdikdən sora həmin kəndlərə içməli suyun daimi veriləcəyi nəzərdə tutulub. Vətəndaşların hal-hazırda üzləşdiyi su problemi müvəqqətidir. Yaxın günlərdə məsələ öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti