Xəzər Xəbər

Bölgələrdə narkotik ƏMƏLİYYATLARI VIDEO

Veb TV | 23:00 • 20 İyul 2024
Bölgələrdə narkotik ƏMƏLİYYATLARI

Narkokuryerlikdə şübhəli bilinən şəxsdən xeyli narkotik götürülüb.

Xezerxeber.az xəbəre verir ki, Qax polisinin keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 44 yaşlı Fuad Qəhrəmanov saxlanılıb. Ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub.

Fuad Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu "Fərrux" adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyduqdan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Fuad Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib.  Araşdırmalar davam etdirilir.

Şirvan polisi də narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar