Xəzər Xəbər

Anar Məmmədxanovun anadan olduğu gündən 54 il ötür VİDEO

Veb TV | 22:00 • 20 İyul 2024
Anar Məmmədxanovun anadan olduğu gündən 54 il ötür

Onun haqqında hamı sevgi və fəxrlə danışır. Həm "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı kimi, həm Parlamentin gənc millət vəkili kimi, həm də sadəcə gülərüz, sözü ilə ürəyi bir olan, insanları və həyatı həddindən artıq sevən vətəndaş Anar Məmmədxanov kimi... Bu gün onun dünyaya gəldiyi gündən 54 il ötür.

Anarın anası Səidə  Məmmədxanova üçün danışmaq olduqca çətindir.

Onun sözlərinə görə, ölüm sırasını dəyişdi və onlardan çox sevdiyi oğlunu aldı. İndi isə geriyə ağrılı-acılı xatirələr qalıb.

"Azərbaycanın hər uğurunu mən Anarla birlikdə yaşayıram, onunla sevinirəm" deyir, - Naidə xanım. Çünki mənim qardaşım təpədən-dırnağa azərbaycanlıydı, bu ruh onun qanına işləmişdi...

"Bəhram, oyun bitdi, evə qayıtmaq vaxtıdır". Cənab kapitanın "Bakılı oğlanlar"ın son oyununa yekun vuran bu ifadəsini yəqin ki, tamaşaçılar da yaxşı xatırlayır.

Tanınmış bəstəkar-şair Rasim Müzəffərli  bu ifanı notlara köçürdüyünü deyir: 

Bu gün Anar Məmmədxanovu ziyarətə gələnlərin simasında qəribə bir rahatlıq var, sanki hamı ona hansısa əlçatmaz arzusunun həyata keçdiyini səssiz baxışlarla çatdırmağa gəlib.

Oyun bitdi, biz evə qayıtdıq. Ruhun şad, məkanın cənnət olsun!

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar