Xəzər Xəbər

Bəzi işbazlar az bal toplayan abituriyentləri öz “üsulları” ilə necə aldadır? VİDEO

Veb TV | 21:33 • 20 İyul 2024
Bəzi işbazlar az bal toplayan abituriyentləri öz “üsulları” ilə necə aldadır?

Blok balın az gəlib?, evə deməyə çəkinirsən?, o zaman bal artımı üçün müraciət elə, tez və təhlükəsiz şəkildə köməklik edək...

Xezerxeber.az xəbər verir ki, imtahan nəticələri açıqlandıqca abituriyentləri aldatmağa çalışan dələduzların sayı da artır. Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanı nəticələrini artıra biləcəklərini iddia edən şəxslər bu yolla vətəndaşları aldadırlar.

Dələduzlar hətta blok balının maksimum 150  bal artıra bildiklərini də deyirlər. Elanlar o qədər sürətlə yayılır ki, bu işlə məşğul olanlara inanıb ödəniş edərək müraciət edənlər də var. Buna görə vətəndaşlardan 100 manatdan 250 manata qədər pul istənilir.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, son zamanlar imtahanların keçirildiyi müddətdə eləcə də nəticələr elan olunduqdan sonra abituriyentləri aldatmağa çalışan dələduzların sayı artıb.

DİM rəsmisi onu da əlavə edib ki, vətəndaşlar bu tip saxta elanlara inanmamalıdırlar. Abituriyentin topladığı bal yalnız qurumun rəsmi saytlarında yerləşdirilir və bu ballara kənar müdaxilələrin edilməsi mümkün deyil.

Eskpertlər  hesab edirlər ki, bu cür  səhifələr daha çox  xarici ölkələrdən idarə  edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti