Xəzər Xəbər

Bakıda baş verən iki qətl hadisəsinin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:13 • 20 İyul 2024
Bakıda baş verən iki qətl hadisəsinin TƏFƏRRÜATLARI

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Kirayəşin evində qaldığı 75 yaşlı kişinin boğazını kəsərək qətlə yetirib.

Xezerxeber.az xəbər verir ki, hadisə Nizami rayonu, Əlif Hacıyev küçəsində gecə saatlarında baş verib. Ev sahibi 75 yaşlı Tahir Əliyevin, 59 yaşlı Zahid İsayev tərəfindən bıçaqlandığı bildirilir. Hadisə vaxtı qətlə yetirilən kişinin oğlu digər evdə olub. O gəldikdə atasının artıq ölmək üzərə olduğunu görüb.

Məlum oldu ki, öldürülən Tahir Əliyev hələ bir neçə il əvvəl ''Xəzər Xəbər''ə də müsahibə də verib. O səhiyyə sahəsində müəyyən araşdırmalarla məşğul idi və onun fəaliyyətini fərqli vaxtlarda bir neçə dəfə çəkərək efirə təqdim etmişik

Qonşular qışqırıq səsləri eşitdiyini, hadisə yerinə gəldikdə isə artıq gec olduğunu deyirlər

Faktla bağlı Nizami rayon prokurorluğu da məlumat yayıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanıb.

Qaradağ rayonunda da ağır qətl hadisəsi törədilib. Burada isə oğul öz anasını qətlə yetirib. Hadisə bu gün səhər saatlarında rayonun Ümid qəsəbəsi ərazisində baş verib. Burada isə  57 yaşlı Aybəniz Şükürova öldürülüb. Onu qətlə yetirməkdə 33 yaşlı oğlu Kamran Şükürov şübhəli bilinir. Qeyd edilir ki, o anasını kəsici-deşici alətlə qətlə yetirib. Baş prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirdi ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti