Xəzər Xəbər

Dərman vasitəsinin qeydiyyatı üçün müddət ENDİRİLİR VİDEO

Veb TV | 20:59 • 20 İyul 2024
Dərman vasitəsinin qeydiyyatı üçün müddət ENDİRİLİR

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasında dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır

Dəyşikliyə əsasən, beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı və dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.

Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar