Xəzər Xəbər

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılıb VİDEO

Veb TV | 21:01 • 19 İyul 2024
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılıb

Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonundakı Mikayıl Müşfiq küçəsi 4 gün, Nərimanov rayonundakı Əhmədbəy Ağaoğlu küçəsi isə 2 gün bağlı olacaq.

Mikayıl Müşfiq küçəsində Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək, Əhmədbəy Ağaoğlu küçəsində isə Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər hərəkət məhdudlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, məhdudlaşdırma 3 gün davam edəcək.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki,  məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutları ilə yanaşı, 11 və 199 nömrəli müntəzəm avtobus marşrutlarının da hərəkət istiqaməti dəyişdiriləcək. Bu iki marşrut üzrə avtobusların hərəkəti Nurəddin Süleymanov və Təbriz küçələrindən təşkil ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar