Xəzər Xəbər

Taksi fəaliyyəti ilə bağlı tənzimləmələr davam etdiriləcək VİDEO

Veb TV | 20:24 • 19 İyul 2024
Taksi fəaliyyəti ilə bağlı tənzimləmələr davam etdiriləcək

Bakıda ümumilikdə 160 kilometr uzunluğunda yeni avtobus zolaqları yaradılacaq çəkiləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib.

Sədr bildirib ki, Bakıda velosiped yollarının da ümumi uzunluğu 50 km-ə çatdırılacaq.

Anar Rzayev həmçinin bildirib ki, Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır. Artıq müsabiqələr elan edilib. Bərdə-Xankəndi, Bakı -Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə ölkəyə gətiriləcək elektrikli avtobuslardan danışıb. 

Nazir müavini onu da əlavə edib ki, elektron sistem üzərindən əldə edilən məlumata görə, hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir. Bu sahədə tənzimləmələr davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar