Xəzər Xəbər

Şamaxıda kütləvi zəhərlənmə baş verib VİDEO

Veb TV | 21:30 • 17 İyul 2024
Şamaxıda kütləvi zəhərlənmə baş verib

Şamaxıda qidadan kütləvi zəhərlənmə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

Zəhərlənməyə səbəb qonaqlara verilən tort olub.

Məlikçobanlı kənd icra nümayəndəsi Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil edilib. Qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub.

İlkin məlumata görə, məclisdə iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb. Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.

Baş verən hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar