17 yaşında ana oldu, lakin uşağının üzünü görməmiş övladı öldü.
Xezerxeber.az xəbər verir ki, Masallı rayonunun Böyuk Təklə kənd sakini 17 yaşlı Səfurə Qubadova doğuş üçün dünən Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. İlkin müayinələrdən sonra saat 03:00 -04:00 radələrində ana Lənkəran regional perinatal mərkəzə göndərilib.
Mərkəzdə ana və uşağa baxılıb. Bildirilib ki, keysəriyyə əməliyyatına ehtiyac yoxdur. Ana da uşaq da normaldır. Amma yaxşı olar ki, ana 10 - 15 gün müddətində perinatal mərkəzdə həkim nəzarətində qalsın. Lakin ana səhhətinin yaxşı olduğunu bildirib, evə getmək istədiyini bildirib.
Yaxınlarının iddialarına görə, uşağın ölməsinə səbəb bir başa həkimlərdir.
Yeni doğulan körpənin ölümü ilə bağlı TƏBİB də açıqlama verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.