Xəbər verdiyimiz kimi, bu gündən bağçalara qeydiyyat başlayıb.
Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatından sonra uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan üzrə iyulun 19-u, Bakı şəhəri üzrə isə iyulun 26-dan başlayacaq.
Sənədlər bu müddət ərzində təqdim olunmadıqda sorğu ləğv olunacaq. Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova onu da bildirib ki, prioritet isə müəyyən kateqoriyadan olan valideynlərin uşaqlarıdır. Övladlarını qeydiyyatdan keçirə bilməyənlərə də diqqət çəkilib.
Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.