Dünən axşam yayılan bir məlumat aidiyyatı qurumları ayağa qaldırıb. Məlum olub ki, Nəsimi rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ictimai iaşə obyektində on beş günlük bir körpə baxımsız vəziyyətdədir.
Xezerxeber.az xəbər verir ki, deyilənə görə məkan kafe kimi fəaliyyət göstərir. Körpənin anası da elə burda işləyir. Kadrlardan da göründüyü kimi burda yeni doğulan körpənin yaşaması üçün heç bir şərait yoxdur.
Qonşuların bildirdiyinə görə, qadın onlara əkiz övladlarının dünyaya gəldiyini, uşaqlardan birinin öldüyünü, indiki uşağın isə sağ qaldığını deyib. Buna baxmayaraq övladının bu vəziyyətdə olması anasını narahat eləmir.
Polis və digər aidiyyəti qurum nümayəndələrinin müşayiəti il körpə və onun anası xəstəxanaya yerləşdirilib. Həkim Vəfa Tağızadə uşağın vəziyyətinin ağır olduğunu deyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.