İyulun 1-dən 175 nömrəli müntəzəm marşurut xətt üzrə fəaliyyət göstərən avtobsuların nömrəsi dəyişdirilib.
Xezerxeber.az-ın xəbərinə görə, sonradan məlum olub ki, eyni nömrədə başqa marşurut avtobusları da var.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişilik edilir.
Hazırda cəmi 2 nömrə təkrarlanır və bu tezliklə aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.