O, anadangəlmə ürək qüsurlu xəstədir.
Xezerxeber.az xəbər verir ki, aralarında baş verən mübahisə zamanı əri tərəfindən ağır xəsarət aldığını iddia edən gənc qadın ürəyindən 2 ay öncə əməliyyat olunduğunu deyir.
Aldığı ağır yumruq zərbəsi nəticəsində cərrahi əməliyyatın tikişi sökülüb, qanaxma yaranıb. Qadın deyir ki, hadisə yerinə Təcili Tibbi Yardım Briqadası da gəlib.
O, həyat yoldaşı ilə sosial şəbəkələrin birində tanış olub. Gənc qadın iddia edir ki, əri sosial şəbəkə üzərindən dini tədrislə məşğul olub.
Gənc xanımın da diqqətini məhz belə cəlb edib. Bundan sonra tərəflər iki-üç ay danışıblar, bir il əvvəl ailə qurmağa qərar veriblər. Tərəflər rəsmi nigaha girməsələr də, kəbin kəsdiriblər.
22 yaşına kimi atasının himayəsində yaşadığını iddiaedən zərərərçəkmiş deyir ki, ögey anası ilə yola getmədiyindən o öz anasının yanına gəlib. Bundan sonra anasının təkidi ilə dayısı oğlu ilə ailə qurub. İlk ailəliliyi də uğursuz olub. Bundan sonra anası və atası onu qəbul etməyiblər. Gənc bir müddət sonra ikinci dəfə indiki əri ilə ailə qurub.
Asim isə onun ikinci həyat yoldaşıdır.
Son çarə yeri kimi “Xəzər Xəbər”ə müraciət edən 27 yaşlı qadınla bağlı biz də Daxili İşlər Nazirliyinə məlumat verdik. Polis əməkdaşlarının iştirakı ilə qadın ekspertizadan keçirildi. Ardınca Sosial Xidmətlər Agentiliyi tərfindən müvafiq müəssisəyə yerləşdirildi. Onun burada sosial reabilitasiyası həyata keçirləcək, sosial hüquqi dəstəklə təmin olunacaq.
Hazırda Daxili İşlər Nazirliyi hadisənin baş vermə səbəblərini araşdırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.