Xəzər Xəbər

6 il əvvəl satdığı maşın sonradan utilizasiya olunsa da adına cərimə protokolu gəlib VİDEO

Veb TV | 20:50 • 16 İyul 2024
6 il əvvəl satdığı maşın sonradan utilizasiya olunsa da adına cərimə protokolu gəlib

Utilizasiya olunan maşına görə cərimə gəlib.

Xezerxeber.az-ın xəbərinə görə, Goranboy rayonun Qızılhacılı qəsəbə sakini Elşən Qasımov bildirir ki, onun mobil telefonuna təxminən 20 gün öncə pratokol göndərilib. Eyni məzmunlu protokol ötən gün yenidən həmin şəxsin mobil telofonuna yönləndilirib. Orada cəriməni 3 ay müddətində ödəmədiyi təqdirdə nəqliyyat vasitəsini idarə etmək hüququn məhdudlaşdırlmasına dair qərar qəbul ediləcəyi dü bildirilib.

Goranboy sakini bildirdi ki, hazırda özünə məxsus "Vaz" markalı minik avtomobili var. O, bu cərimə protokolundan sonra sürücülük hüququnun məhdudlaşdırıla  biləcəyindən narahatdır.

Məsələ il bağlı DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan bildirildi ki,vətəndaşın müraciəti ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırmaların nəticəsinə uyğun olaraq texniki xəta aradan qaldırılıb vətəndaşı narahat edən məsələ həllini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar