Şəkidə yatdığı yerdə siqaret çəkdiyinə görə evi yanan 57 yaşlikişi xəstəxanada həyatını itirib.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun baş kəldək kəndində baş verib. Səhhətində son dövrlər bir az narahatlıq olan kənd sakini Mais Nəbiyev siqaret çəkərək yuxuya gedib və siqaret əlindən düşdüyünə görə, yataq alışıb, ev yanıb. Onun səsinə gələn ailə üzvləri və qonşular alovu söndürüblər.
Kişi ağır yanıq xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Saatlarla komada qalıb və bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.