Dünən Bakıda ev yanıb, içərisində olan 70 yaşlı qadın tüstüdən boğularaq dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində olub.
Hadisə şahidləri deyir ki, yanğın axşam saatlarında olub. Həmin vaxtı evdə sadəcə dünyasını dəyişən Emilya Xanbabayeva olub.
Qonşu Talıb İbrahimovun sözlərinə görə, həmin qadın uzun müddətdir ki, yataq xəstəsi imiş. O qızının evində qalırmış. Hadisədən bir neçə dəqiqə əvvəl qızı azyaşlı övladı ilə mağazaya gedib. Bundan sonra isə evdə yanğın başlayıb
Ərəaziyə yanğınsöndürənlər gəlib. Bundan sonra evə daxil olmaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.