Mingəçevirdə əlilliyi olan vətəndaşın 17 ildir ki, aldığı ünvanlı sosial yardımı dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan keçmiş məcburi köçkün İlqar Göyüşovun ünvanlı sosial yardım almasında problem yaranıb.
2-ci qrup əlilliyi olan vətəndaş ötən ilin may ayına qədər dövlət tərəfindən təyin edilən 390 manat sosial yardım aldığını, bununla ailəsini normal dolandırdığını bildirib. Bir ildən artıqdır ki, yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, ona imtina verilib.
İlqar Göyüşov sağlamlıq vəziyyətinə görə hər hansı işdə çalışıb pul qazana bilmədiyini deyir. Ona verilən əlillik müavinəti ilə dolanmağın çətin olduğunu bildirir. Bu üzdən sosial yardımın bərpasını vacib hesab edir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Xəzər Xəbər”ə bildirlib ki, Mingəçevir şəhər sakini Göyüşov İlqar Şahlar oğlunun ünvanlı sosial yardımla bağlı 5 aprel 2024-cü il tarixli müraciətınə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müraciətə ailə üzvü - Əliyev Samir Zahid oğlunun ailə ilə birlikdə yaşamaması səbəbilə imtina verilib. Qeyd edək ki, bundan əvvəlki müraciətlərdə də maddi-məişət müayinəsi zamanı sözügedən ailə üzvü ünvanda olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.