Lerikdə ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi olub. Dağlıq ərazidə idarəetməni itirən avtomobil ağaca çırpılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Lerik rayonunun Rəzəvül kəndində, “Meşə yolu” deyilən ərazidə baş verib.
Rəzəvül kənd sakini 74 yaşlı Kamal Kazımov idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi 30 - 40 metr irəli gedərək ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan, sürücünün həmkəndlisi 73 yaşlı Balabəy Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyəti ağır olan sürücü Kamal Kazımov dünyasını dəyişib.
Kürdəmirdə isə piyada vurulub. Hadisə Ağsu -Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini Şükran Əhmədov idarə etdiyi minik avtomobillə yolu keçmək istəyən piyada, Kürdəmir rayon Çıxımlı kənd sakini 72 yaşlı Əhmədağa İbrahimovu vurub.Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.