Xəzər Xəbər

Bəzi işbazlar avtomobili baha satmaq üçün bu üsuldan istifadə edirlər VİDEO

Veb TV | 19:34 • 13 İyul 2024
Bəzi işbazlar avtomobili baha satmaq üçün bu üsuldan istifadə edirlər

Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da Amerika və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir.

Xezerxeber.az-ın məlumatına görə, yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar.

Ustalar deyirlər ki, yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.

Ustalar hesab edirlər ki, bu cür avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir.

Kilometrajı maşının ''beyni'' - bort kompüteri ilə məşğul olan elektriklər - kompüter ustaları çəkirlər.

Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqşünas Kamandar Hüseynov da deyir ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmayıb.

Kamandar Hüseynov mübarizə üsullarından biri kimi texniki müayinə mərkəzlərinin olmasını təklif edir.

Hüquqşünas deyir ki, texniki baxış zamanı avtomobilin yürüşünün geri çəkildiyi aşkarlanarsa, bu, texniki qüsur kimi sistemə daxil olunmaqla sürücüyə talon verilməməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar