Bakıda sərnişinlər ünvana çatmaq üçün 1 saata yaxın avtobus gözləyirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Bakıxanov qəsəbəsindən Mərdəkan qəsəbəsi və əks istiqamətdə işləyən 141 nömrəli marşrut avtobusundan gedir.
Sərnişinlər deyirlər ki, əvvəllər 10 dəqiqə intervalla gələn avtobusları indi ən azı 35-40 dəqiqə gözləməli olurlar.
Sərnişinlərlə birgə biz də 141 nömrəli avtobusun yolunu gözləməyə başladıq. 38 dəqiqə sonra dayanacağa yaxınlaşan avtobus 1 dəqiqə sonra hərəkətinə davam etdi. Avtobusun sürücüsü də intervalın uzun olduğunu etiraf edib.
Avtobusların hansı səbəbdən gec gəldiyini aydınlaşdırmaq üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Əraziyə gələn xətt dispetçeri Vüqar Əzimov bildirdi ki, yaranmış problem daşıyıcı şirkətlə əlaqəli deyil. Çünki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəttə çox avtobus çıxarmağa icazə vermir.
Məsələni aydınlıqlaşdırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən istiqamət üzrə sərnişin axını təhlil olunub və buna uyğun qərar qəbul edilib. Hazırda eyni istiqamət üzrə 140 nömrəli şəhərətafı və 140E ekspress avtobusu faəliyyət göstərir. 141 saylı marşurutun pasportuna əsasən sərnişin tələbatının qarşılanması üçün 30 dəqiqə intervalla 4 avtobusun faəliyyəti nəzərdə tutulub və bu, sərnişin axınına uyğundur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.