Sel gəldi köhnə qəbrlər üzə çıxdı...
Xezerxeber.az xəbər veri ki, Oğuza yağan intensiv yağışlardan sonra Qala çayına gələn sel çayın kənarlarını yuyub.
Rayonun Xaçmaz kəndi ərazisində çayın kənarlarının yuyulması nəticəsində qədim qəbirlər üzə çıxıb. Çayın yatağının genişlənməsi nəticəsində sahil boyunca sakinlər müxtəlif insan sümüklərinə rast gəliblər. Kəndin tarix müəllimi Vüsal Əlfiyevin sözlərinə görə, üzü qərbə doğru dəfn olunan ərazidə çox sayda küp və ya qutu qəbrlər var
Qəbrlərlə bağlı Milli Elmlər Akameyasının Şəki Regional Elmi Mərkəzinə də məlimat verilib.
Regional Elmi Mərkəzin əməkdaşı onu da əlavə edib ki, hələ ötən ildən etibarən onlara bölgədə arxeoloji qazıntılar aparmaq səlahiyyəti verilib. O səbəbdən qarşıdakı müddətdə bu istiqamətdə də iş aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.