Sumqayıt şəhərində fəaliyyət göstərən bir zavodun 53 əməkdaşı qidadan zəhərlənib.
Xezerxeber.az-ın məlumatına görə, zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri normaldır.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərləndiyi müəyyən edilib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci, səhlənkarlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.