İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı prioritet məsələdir.
Xezerxeber.az xəbər verir ki, təkcə Laçın rayonu üzrə 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Laçında "Zerti" Aqrosənaye Parkında yerləşən mebel fabrikinin məhsulları da azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində böyük əhəmiyyətə malikdir.
Hazırda Laçında yüksək standartlarda dam örtükləri də hazırlanır.
Laçın sakini Şakir Cəfərov ötən ilin oktyabrından dam örtükləri istehsal edən müəsissədə işləyir.
Laçındakı Heyvandarlıq Selleksiya Mərkəzi də var ki, burada saxlanılan heyvanların sayı artırılaraq ümumilikdə 150 başa çatdırılıb. Mərkəzdə hazırda 48 keçi, 102 qoyun var. burada 5 növ keçi, 15 növ qoyun saxlanılır. Keçilərdə Fransa, Rusiya, Suriya sortları, qoyunlarda isə Fransa, Rusiya və Cənubi Afrika sortları üstünlük təşkil edir.
Laçında fəaliyyət göstərən işəgötürənlərlə mütəmadi olaraq görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.