Fəaliyyəti dayandırılan yataqlarda yenidən işlərə başlanılıb...
Xezerxeber.az xəbər verir ki, bu dəfəki reydlərdə media nümayəndələri də iştirak edirdilər. Agentlikdən verilən məlumata görə, əhəngdaşı yatağında qanunsuz istismar fəaliyyəti aşkarlandıqdan sonra, iş dayandırılıb. Lakin ərazidə bəzi işçilərin olduğunun şahidi olduq..
Bir neçə müddət əvvəl qanunsuz istismar fəaliyyəti aşkarlanmış "Türkan-II" əhəngdaşı yatağına da baxış keçirildi.
Agentlikdən bildirildi ki, hər iki yataqda qanunsuz fəaliyyətlə bağlı şikayətlər daxil olub.
Bildirilirb ki, agentlik yer təkindən istifadə üzrə müntəzəm hərraclar elan edir. Sahibkarlar müvafiq qaydalar üzrə tələb olunan sənədləşmə şərtlərini yerinə yetirməklə bu hərraclarda iştirak edə, dağ-mədən sahəsində qanunvericiliyə uyğun istismar fəaliyyətlərini icra edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.